Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu

Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu
Dünya 25 Mart 2024 14:43

Bu gün səhər saatlarında Kiyev ballistik raketlərlə atəşə tutulub.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat verib.

Məlumata görə, şəhərin Peçersk, Solomensk və Dneprovsk rayonlarında partlayışlar baş verib, iki çoxmərtəbəli bina zədələnib, 4 nəfər də yaralanıb.

Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk bildirib ki, Kiyevə atılan iki ballistikin hamısı vurulub.