Kamçatka sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Kamçatka sahillərində 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 25 Mart 2024 09:17

Sakit okeanda Rusiyanın Kamçatka yarımadasının cənub-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.

Sitat.info-nun məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin filialı xəbər verib.

Bildirilib ki, zəlzələnin episentri Şipunski burnu ilə üzbəüz dərin dəniz xəndəyinin arxasında yerləşib.

Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, zəlzələnin ocağı 95 kilometr dərinlikdə yerləşib.