Rusların 54 hərbçisi məhv edildi

Rusların 54 hərbçisi məhv edildi
Dünya 14 Aprel 2022 17:10

Ukraynanın cənubunda Rusiyanın 50-dən çox hərbçisi və 8 hərbi texnikası məhv edilib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığı məlumat yayıb.

“Nikolayev və Xerson istiqamətində düşmənin 54 hərbçisi və 8 hərbi texnikası məhv edilib. Məhv edilən texnikalar arasında 2 özüyeriyən artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və T-72 tankı da var”, - məlumatda qeyd olunub.