Tacikistan XİN bəyanat yayıb
Moskvada törədilən terror aktında vətəndaşlarımızın iştirakı ilə bağlı məlumat saxtadır.
Sitat.info xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd edək ki, Rusiya KİV-lərinin yaydığı məlumata əsasən, "Krokus Siti Holl"da hücum həyata keçirən 6 şəxsdən 4-nün kimliyi məlum olub. Terakt törədən şəxslər Məhəmmədrəsul Nəsridinov, Rivojidin İsmonov, Şahincan Safolzoda, Rüstəm Nəzərovdur.
Onların hamısı Tacikistan vətəndaşıdır.