Paşinyan Brüsselə gedib

Paşinyan Brüsselə gedib
Dünya 21 Mart 2024 11:04

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Paşinyan martın 21-də keçiriləcək birinci Nüvə Enerjisi Sammitində iştirak edəcək.

Nikol Paşinyanla xarici tərəfdaşlar arasında ikitərəfli görüşlər də planlaşdırılır.