Ədən körfəzində balıqçı gəmisi qaçırılıb

Ədən körfəzində balıqçı gəmisi qaçırılıb
Dünya 18 Mart 2024 10:46

Ədən körfəzində naməlum şəxslər Yəmənin balıqçı gəmisini qaçırıblar.

Sitat.info-nun məlumatına görə, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan Böyük Britaniyanın “Ambrey” şirkətinə istinadla məlumat yayıb.

“Balıqçı gəmisinin heyəti Somalinin Bosaso şəhərində endirilib", - məlumatda deyilir. Həmçinin bir ekipaj üzvünün güllə yarası aldığı bildirilib.