Cənubi Koreya və ABŞ birgə hərbi təlimlər keçiriblər
Cənubi Koreya və ABŞ hərbi pilotları bu həftə Qərb Sahili yaxınlığındakı sularda şərti uzaqmənzilli qanadlı raketlərə və artilleriyaya qarşı birgə atəş təlimləri keçiriblər.
Sitat.info-nun məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Hərbi Hava Qüvvələrinə istinadən bildirib.
Qeyd olunub ki, beş günlük təlimlər bazar ertəsi başlayıb. Təlimlərə 40-a yaxın təyyarə, o cümlədən Cənubi Koreyanın "F-35A", "F-15K" və "F-4E" qırıcıları, həmçinin ABŞ-ın ölkədə yerləşən 7-ci Hərbi Hava Qüvvələrinin "A-10" və "F-16" təyyarələri cəlb olunub.
Pilotlar “hava-hava” tipli raketlərlə aşağı hündürlükdə uçan şərti düşmənin qanadlı raketlərinə, eləcə də “hava-yer” raketlərindən istifadə etməklə uzaqmənzilli artilleriyaya qarşı dəqiq zərbələrin endirilməsi üzrə təlim keçiblər.