Rusiyanı Çinin qucağına atmayacağıq - Borrell

Rusiyanı Çinin qucağına atmayacağıq - Borrell
Dünya 14 Mart 2024 17:20

Avropa Birliyi Rusiyanı Çinin qucağına atmaqda maraqlı deyil.

Sitat.info xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell deyib.

“Moskva və Pekinin dostluq müqaviləsi var. Onların sözlərinə görə, aralarında heç bir məhdudiyyət yoxdur, lakin Çin Rusiyaya silah vermir. AB elə etməlidir ki, Çinin böyük güc kimi yüksəlişi dünyada sülh və sabitliyə töhfə versin”, - Borrell bildirib.