Ukrayna ordusu Belqoroda girməyə çalışır

Ukrayna ordusu Belqoroda girməyə çalışır
Dünya 14 Mart 2024 13:13

Ukrayna diversiya-kəşfiyyat qrupları Belqorod vilayətinə girməyə çalışır. Hazırda Sdaryuşino kəndi ərazisində şiddətli döyüşlər gedib.

Sitat.info xəbər verir ki, bu barədə “Maş” (Mash) Teleqram kanalı məlumat yayıb.

Qeyd edilib ki, atışmada bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Eyni zamanda Qrayvoron şəhəri və Razumnı kəndindən vilayət mərkəzinə gedən avtomobil yolu da hücuma məruz qalıb.