Avropa Parlamenti Rusiyanın prezident seçkilərini şərh etməyəcək

Avropa Parlamenti Rusiyanın prezident seçkilərini şərh etməyəcək
Dünya 13 Mart 2024 23:33

Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək. Nə proses, nə də elan olunacaq nəticələr barədə şərh verilməyəcək.

Sitat.info xəbər verir ki bu barədə Avropa Parlamenti bəyanat yayıb.

"Avropa Parlamentinin heç bir üzvünə seçki prosesini müşahidə etmək və ya şərh etmək səlahiyyəti verilməyib. Ona görə də Avropa Parlamentinin hər hansı üzvü bu seçkilərə münasibət bildirmək qərarına gəlsə, bunu öz təşəbbüsü ilə edəcək. Yəni buna görə Avropa Parlamenti öhdəlik götürməyəcək", - deyə bəyanatda qeyd edilib.

Türkan

Sitat.info