Avstraliya 14 rus şirkətinə yeni sanksiyalar tətbiq etdi

Avstraliya 14 rus şirkətinə yeni sanksiyalar tətbiq etdi
Dünya 14 Aprel 2022 10:00

Avstraliya Rusiyanın 14 şirkətinə, o cümlədən “Qazprom”, “Transneft”, “Rostelekom”, “Rushidro”ya yeni sanksiyalar tətbiq edib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliya höküməti məlumat yayıb.

Məlumata görə, sanksiya “Kamaz”, Novorosiysk Dəniz Ticarət Limanı, “Roselektroniks” holdinqi, Birləşmiş Gəmiqayırma Korporasiyası, “Sevmaş”, “Alros”, “Sovkomflot”, Rusiya Dəmir Yolları, “Qazprom Neft” və “Soqaz” şirkətlərini də əhatə edib.