Ermənistanda bu səbəbdən etiraz aksiyası keçiriləcək

Ermənistanda bu səbəbdən etiraz aksiyası keçiriləcək
Dünya 12 Mart 2024 13:40

Martın 12-də İrəvanda nəqliyyat vasitələrində gediş haqqının artırılmasına qarşı Bələdiyyə Şurasının binası qarşısında etiraz aksiyası keçiriləcək.

Sitat.info bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, İrəvan Ağsaqqallar Şurası məhz bugünkü iclasda ictimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı layihə qəbul edəcək.