"Hizbullah" Qolan yüksəklikləri istiqamətində 100 raket buraxıb

\"Hizbullah\" Qolan yüksəklikləri istiqamətində 100 raket buraxıb
Dünya 12 Mart 2024 12:53

"Hizbullah" silahlı birləşmələri Livanın cənubundan Qolan yüksəkliklərində İsrail qoşunlarının mövqelərinə 100 raket buraxıb.

Sitat.info xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, "Hizbullah" gecə saatlarında Livanın şərqində Baalbek şəhərinə avia hücuma cavab olaraq İsrail qoşunlarının mövqelərinə zərbələr endiriblər.

Bundan başqa, Yuxarı Qalileya bölgəsinə də ən azı 30 raketin buraxıldığı qeyd olunub.