Yaponiya İrana 700 min vaksin göndərir

Yaponiya İrana 700 min vaksin göndərir
Dünya 14 Aprel 2022 09:33

Yaponiya hökuməti COVİD-19-la mübarizəyə dəstək olmaq üçün İrana peyvənd göndərəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu çərçivədə Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi COVİD-19 peyvəndləri üçün Qlobal Giriş Proqramı (COVAX) vasitəsilə İrana 700 min doza vaksin tədarük ediləcək.

Qeyd edək ki, Yaponiyada istehsal olunan virusa qarşı vaksinlərin İrana daşınması bu həftə baş tutacaq.