Qərbi Azərbaycanda sosial media fəalları həbs edildi

Qərbi Azərbaycanda sosial media fəalları həbs edildi
Dünya 11 Mart 2024 11:35

Qərbi Azərbaycan əyalətində bir neçə sosial media fəalı paylaşımlarına görə həbs edilib.

Sitat.info xəbər verir ki, bu barədə əyalətin baş hakimi Nasir Ətəbati açıqlama verib.

O, saxlanılanların "asayiş və təhlükəsizliyi pozmaq”, “müqəddəsləri təhqir etmək və böhtan atmaq”da günahlandırıldıqlarını deyib.

Ətəbati saxlanılanların kimliyi və sayını açıqlamayıb. O, fəallara qarşı cinayət işi açıldığını bildirib.