Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu
Dünya 08 Mart 2024 09:13

Türkiyənin Muğla əyalətinin Marmaris şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə yerləşib.

Dağıntı və insan itkisi barədə məlumat verilmir.