Əhmədinejad Xameneiyə səsləndi: Hansı qələbə?

Əhmədinejad Xameneiyə səsləndi: Hansı qələbə?
Gündəm 06 Mart 2024 17:31

Seçkilərdə seçici fəallığı aşağı olub, xalq səsvermədə aktiv olmayıb və bu, hakimiyyət üçün ağır məğlubiyyətdir.

Sitat.info xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad sosial media hesabında 12-ci çağırış parlament seçkiləri haqqında fikirlərini bildirərkən yazıb.

“Birisi qalxıb deyir ki, böyük qələbədir. Hansı qələbədən danışırsan? Xalqın kənarda qaldığı prosesdə qələbədən danışmaq olmaz. Bu, mahiyyətcə məğlubiyyət idi”, - Əhmədinejad qeyd edib.

Qeyd edək ki, İranın dini lideri Əli Xamenei seçkilərdə 41 faiz seçicinin iştirak etdiyini iddia edərək, bunu “əfsanəvi qələbə” adlandırıb.