İran ABŞ neftini daşıyan tankeri ələ keçirdi

İran ABŞ neftini daşıyan tankeri ələ keçirdi
Dünya 06 Mart 2024 16:30

İran Fars körfəzində ABŞ neftini daşıyan “Advantage suite” gəmisini ələ keçirib.

Sitat.info xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, bu EB xəstələrinin şikayəti və İran məhkəməsinin qərarı əsasında baş verib.

İran tərəfi iddia edib ki, ABŞ-ın sanksiyaları nəticəsində EB xəstələrinə lazım olan dərmanların İsveçdən idxalının qarşısı alınıb.

Bildirilib ki, buna cavab olaraq İran ABŞ neftini müsadirə edib.