Qərb 90-cı illərdə Rusiyaya belə zərbə vururdu

Qərb 90-cı illərdə Rusiyaya belə zərbə vururdu
Dünya 06 Mart 2024 09:17

Qərbin ötən əsrin 90-cı illərində Rusiyaya humanitar yardımları ölkə daxilindəki istehsalçılar üçün problemlərə gətirib çıxardı.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

“Humanitar yardım adı ilə hansısa məhsullar göndərirdilər. Humanitar yardım gəlirdi, istehsalçılarımız isə daxildə ölürdü. Çünki məhsullarını sata bilmirdilər. Zahirən yaxşı niyyətlərin digər tərəfi...” - deyə Kreml rəhbəri bildirib.