Ərdoğandan İsrailə: Türkiyə buna hazırdır!

Ərdoğandan İsrailə: Türkiyə buna hazırdır!
Dünya 06 Mart 2024 09:00

İsrail-Fələstin münaqişəsi ilə bağlı Türkiyə qarant mexanizmi çərçivəsində məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Daimi sülhün yeganə yolu 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və bütöv Fələstin dövlətinin yaradılmasıdır. Bu məsələyə ədalətli həll yolu tapılmadığı təqdirdə Yaxın Şərqdə sülh olmayacağı artıq dərk edilib”, - deyə dövlət başçısı bildirib.