Polşa İsveçdən “Carl-Gustaf M4” qumbaraatanları alacaq
Polşa İsveçin “Saab” konsernindən təxminən 1,5 milyard dollara tank əleyhinə bir neçə min qumbaraatan alacaq.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış isveçli həmkarı Pol Consonla danışıqların yekunu ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Polşa silahlı qüvvələri üçün tank əleyhinə “Carl-Gustaf M4” qumbaraatanları, eləcə də onlar üçün sursatlar alınacaq. Müqaviləyə Polşa hərbçilərinə təlim keçilməsi də daxildir.