Bu regiona nüvə zərbəsi müzakirə edilir - MAQATE

Bu regiona nüvə zərbəsi müzakirə edilir - MAQATE
Dünya 05 Mart 2024 09:13

Regionda Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin həyata keçirilməsinə çalışırıq. Nüvə silahının istifadəsi ilə bağlı qeyri-ciddi söhbətlər başqa ölkələrə də yayılıb.

Sitat.info xəbər verir ki, bunu MAQATE direktoru Rafael Qrossi bildirib.

Qrossi Yaxın Şərqdə nüvə silahının istifadəsi ilə bağlı müzakirələrin narahatlıq doğurduğunu deyib:

"Nüvə silahlarının istifadəsi ilə bağlı qeyri-ciddi söhbətlər qəbuledilməzdir. Nüvə silahı beynəlxalq hüquq çərçivəsində qadağan olunub".