Tramp Kolorado seçkilərində iştirak edəcək
Sabiq prezident Donald Tramp Kolorado ştatında keçiriləcək Respublikaçılar Partiyasının praymerizində iştirak edə biləcək.
Sitat.info xəbər verir ki, ABŞ Ali Məhkəməsi bu barədə qərar verib.
Məhkəmənin qəbul etdiyi qərarda: "Biz belə nəticəyə gəlirik ki, ştatlar bəzi hallarda namizədləri uzaqlaşdıra bilər. Ancaq Konstitusiyaya əsasən, ştatların vəzifəyə görə 3-cü bəndlə günahlandırma səlahiyyəti yoxdur", - deyə qeyd edilib.
Qeyd edək ki, Donald Tramp ötən ilin dekabrında Konstitusiyanın 14-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq "üsyan" maddəsi ilə ittiham olunaraq seçki bülletenindən uzaqlaşdırılıb.
Türkan
Sitat.info