Rusiyada dəmiryol körpüsü partladıldı

Rusiyada dəmiryol körpüsü partladıldı
Dünya 04 Mart 2024 12:04

Rusiyanın Samara vilayətində dəmiryol körpüsündə partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər bu gün səhər saatlarında dəmir yolunun Zvezda-Çapayevsk adlanan hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib.

Moskvadan gələn qatarların hərəkəti dayandırılıb.