Haitidə məhbusların qaçması zamanı 10 nəfər ölüb

Haitidə məhbusların qaçması zamanı 10 nəfər ölüb
Dünya 04 Mart 2024 11:05

Haitinin Port-o-Prens şəhərindəki həbsxanadan bir neçə min məhbusun qaçması zamanı azı 10 nəfər ölüb.

Sitat.info-nun məlumatına görə, bu barədə "France-Presse" (AFP) agentliyi xəbər verib.

"Çoxlu məhbus cəsədlərini müəyyən etdik", - deyə İnsan Hüquqlarını Müdafiə Milli Şəbəkəsinin baş katibi Pyer Eksperans deyib.