İndoneziyada güclü zəlzələ olub

İndoneziyada güclü zəlzələ olub
Dünya 04 Mart 2024 10:12

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info-nun məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Benqkulu şəhərindən (Sumatra adası) 224 km cənubda olub. Təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.