Kiyevdə rusların sursat anbarı tapıldı - Foto

Kiyevdə rusların sursat anbarı tapıldı - Foto
Dünya 13 Aprel 2022 13:46

Ukrayna Milli Qvardiyasının əsgərləri Kiyev vilayətində rus işğalçılarının döyüş silah-sursat anbarını tapıblar.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyası məlumat yayıb.

“Bu gün Ukrayna Milli Qvardiyasının hərbçiləri Kiyev vilayətinin Korolivka kəndində xidmət apararkən rus işğalçı qüvvələrinin silah-sursat anbarı yaratdıqları yeri aşkar ediblər. Hadisə yerindən 100 qutu 125 kalibrli mərmi aşkar edilib”, - məlumatda deyilir.