ABŞ Qırmızı dənizə yönəldilən raketlərə zərbələr endirib

ABŞ Qırmızı dənizə yönəldilən raketlərə zərbələr endirib
Dünya 01 Mart 2024 09:47

Fevralın 29-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Qırmızı dəniz istiqamətində atılmaq üçün hazırlanan altı raketə zərbələr endirib

Sitat.info-nun məlumatına görə, bu barədə Mərkəzi Komandanlığının "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Fevralın 29-da Səna vaxtı ilə saat 18:00-dan 19:15-dək ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Qırmızı dənizə doğru atılmaq üçün hazırlanan altı mobil gəmi əleyhinə qanadlı raketə qarşı iki özünümüdafiə zərbəsi endirib", - deyə qeyd edilib.

Həmin gün axşam saatlarında CENTCOM qüvvələrinin özünümüdafiə məqsədi ilə Qırmızı dənizin cənubunda pilotsuz uçuş aparatını vurduğu bildirilib.