Polşa: Ukrayna hökuməti ilə sərhədlərin müvəqqəti bağlanması məsələsini müzakirə edirik
Polşanın baş naziri Donald Tusk, fermerlərin Ukraynadan ucuz ərzaq idxalına etiraz etmələri səbəbindən Kiyev hökuməti ilə sərhədin müvəqqəti bağlanması barədə danışıqlar apardıqlarını bildirib.
Sitat.info xəbər verir ki, Politico-nun yerli mətbuata istinadən verdiyi məlumata görə, Tusk Avropa Birliyinin (AB) kənd təsərrüfatı siyasətlərinə etirazlar və Ukraynadan ucuz ərzaq idxalı ilə bağlı açıqlamalar verib.
Tusk deyib: "Ukrayna tərəfi ilə sərhədin müvəqqəti bağlanması və məhsulların mübadiləsini müzakirə edirik".
Seymur Bənnayev
Sitat.info