Pakistanda ilk dəfə qadın əyalət baş naziri seçilib

Pakistanda ilk dəfə qadın əyalət baş naziri seçilib
Dünya 27 Fevral 2024 09:36

Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin qızı Məryəm Nəvaz Pəncab əyalət məclisində səsvermədə əyalətin baş naziri seçilib.

Sitat.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Pəncab Assambleyasının üzvləri ştatın baş nazirini müəyyən etmək üçün keçirilən seçkidə səs veriblər.

Səs çoxluğu nəticəsində Navaz ölkə tarixində ilk qadın əyalət baş naziri seçilib.