İsrail ordusu Hizbullahın yüksək rütbəli komandirini məhv edib

İsrail ordusu Hizbullahın yüksək rütbəli komandirini məhv edib
Dünya 27 Fevral 2024 00:36

İsrail Livanın cənubunda həyata keçirdiyi raket hücumunda Hizbullahın yüksək rütbəli komandirlərindən Həsən Hüseyn Səlamini öldürüb.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Məlumata görə, Səlami Hizbullahın tərkibindəki Nasir İttifaqına və İsrailə qarşı tank əleyhinə raketlərin buraxılmasına cavabdeh olub.

Türkan

Sitat.info