Eyfel qülləsi 6 günlük tətildən sonra yenidən açılıb

Eyfel qülləsi 6 günlük tətildən sonra yenidən açılıb
Dünya 26 Fevral 2024 12:17

Fransanın məşhur Eyfel qülləsi 6 günlük tətildən sonra qapılarını ziyarətçilərin üzünə açıb.

Sitat.info xəbər verir ki, Eyfel qülləsinin istismarından məsul olan SETE şirkəti, həmkarlar ittifaqı ilə razılığa gəldiklərini açıqlayıb.

Şirkətdən edilən yazılı açıqlamada, uzlaşma çərçivəsində həmkarlar ittifaqı və rəhbərlik arasında hər 6 aydan bir şirkətin iş modelinin və investisiyalarının qiymətləndirilməsi üçün toplantı keçiriləcəyi bildirilib.

Kənan

Sitat.info