Hərbi helikopter qəzaya uğradı: ölənlər var

Hərbi helikopter qəzaya uğradı: ölənlər var
Dünya 24 Fevral 2024 11:14

ABŞ Milli Qvardiyasına məxsus “AH-64 Apaçi” helikopteri Missisipi ştatında qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə ştatın qubernatoru Teyt Rivz X hesabında məlumat yayıb.

"Missisipi Milli Qvardiyasının “AH-64 Apaçi” helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan hər iki hərbi qulluqçu həyatını itirib", - T.Rivz bildirib.

Faktla bağlı araşdırma aparılır.