Fransanın müdafiə naziri İrəvana gedib

Fransanın müdafiə naziri İrəvana gedib
Dünya 23 Fevral 2024 13:28

Fransanın müdafiə naziri Sebastyan Lekornun başçılıq etdiyi nümayəndə heyəti İrəvana gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Onu Ermənistan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan qarşılayıb.

Lekorn Ermənistanın müdafiə naziri Suren Papikyanın dəvəti ilə Ermənistanda iki günlük rəsmi səfərdədir.

Bu, Fransa Silahlı Qüvvələri nazirinin Ermənistana ilk səfəridir.