Sakit okeanda zəlzələ baş verib

Sakit okeanda zəlzələ baş verib
Dünya 23 Fevral 2024 09:43

Sakit okeanda Çili sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info-nun məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Çilinin Anqa-Roa şəhərindən 896 km cənubda olub. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.