Qalaktikada indiyədək ən güclü partlayış aşkar edilib

Qalaktikada indiyədək ən güclü partlayış aşkar edilib
Dünya 22 Fevral 2024 21:37

Astronomlar Yerdən 3,8 milyard işıq ili uzaqlıqda yerləşən SDSS J1531 kimi tanınan qalaktika klasterində indiyədək qeydə alınan ən güclü partlayışlarından birini aşkar ediblər.

Sitat.info xəbər verir ki, NASA-dan verilən məlumata görə müşahidə vaxtı müxtəlif teleskoplardan istifadə olunub.

Astronomlar partlayışın qalaktikanın mərkəzindəki superkütləli qara dəliklə birləşməyini əsas gətirərək, nəhəng bir boşluğun əmələ gəldiyini deyiblər.

Araşdırmaçılar boşluğun mənşəyi haqqında daha çox məlumat əldə etmək üçün müşahidəni davam etdirirlər.

Türkan

Sitat.info