İran İraqdan üzr istəməlidir - XİN başçısı

İran İraqdan üzr istəməlidir - XİN başçısı
Dünya 22 Fevral 2024 14:14

İran Ərbil şəhərinə raket hücumuna görə İraqdan üzr istəməlidir.

Sitat.info xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn xarici mediaya müsahibəsində deyib.

Nazir Tehranın hücumla bağlı qeyri-müəyyən izahat verdiyini qeyd edib:

“Düzünü axtarsanız, İran tərəfi məsələ ilə bağlı nə dediyini özü də bilmirdi”.

Xarırladaq ki, yanvarın 16-da İranın Ərbil şəhərinə raket hücumu nəticəsində 5 mülki şəxs ölüb, 6 nəfər isə yaralanıb.