AP: İsrailə silah göndərmək soyqırımda birbaşa iştirakdır

AP: İsrailə silah göndərmək soyqırımda birbaşa iştirakdır
Dünya 22 Fevral 2024 13:09

Avropa Parlamentinin (AP) üzvü Mark Botenqa bəyan edib ki, İsrailin fələstinlilərə qarşı “soyqırım” əməllərinə son qoymaq üçün Avropa hökumətlərinə təzyiq edilməlidir və İsrailə silah göndərilməsi soyqırımda birbaşa şəriklikdir.

Sitat.info xəbər verir ki, Sol Qrupdan olan Belçika parlamentinin üzvü Botenqa AP-də İsrailin Fələstinlilərə qarşı tətbiqləri və Avropa ölkələrinin mövqeyi ilə bağlı sualları cavablandırıb.

Qəzzada baş verənlərlə bağlı Botenqa deyib: "Uzun müddətdir görmədiyimiz qanlı hücumlar, etnik təmizləmə, onilliklər ərzində görmədiyimiz dinc əhaliyə qarşı qırğınlar. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Bütün bunlar aydın şəkildə deyir ki, bu, bütün əhaliyə qarşı müharibədir”.

Kənan

Sitat.info