İsrail Dəməşqə zərbələr endirdi

İsrail Dəməşqə zərbələr endirdi
Dünya 21 Fevral 2024 14:07

İsrailin Dəməşqə hücumu nəticəsində yaşayış binasına ziyan dəyib.

Sitat.info xəbər verir ki, bu barədə Suriyanın "Əl-Əxbariyyə" telekanalı məlumat yayıb.

Məlumata görə, paytaxtın cənub-qərbindəki “Kəfər Şuş” məhəlləsinin vurulması nəticəsində ölən və yaralıların olduğu bildirilib.

Hələlik hadisənin təfərrüatı barədə məlumat verilməyib.