Ukrayna hücum edən 23 PUA-nın hamısını vurdu

Ukrayna hücum edən 23 PUA-nın hamısını vurdu
Dünya 20 Fevral 2024 11:40

Rusiya ordusu Ukrayna ərazisinə 23 “Şahid” PUA-sı ilə hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, hücum Dnepropetrovsk, Kirovoqrad, Zaporojye, Poltava, Xarkov və Nikolayev vilayətlərinə edilib.

Ukrayna ordusu Rusiyaya məxsus 23 PUA-nın hamısını vurub.