BMT-nin Rusiya tərəfindən çağırılan iclası təxirə salındı

BMT-nin Rusiya tərəfindən çağırılan iclası təxirə salındı
Dünya 20 Fevral 2024 09:43

BMT Təhlükəsizlik Şurasının Rusiyanın təklifi ilə çağırılan iclası təxirə salınıb.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, “Arria formulu” üzrə qeyri-rəsmi iclas terrorizmlə mübarizəyə həsr olunacaqdı.

Sözügedən iclasın nə vaxt keçiriləcəyi ilə bağlı açıqlama verilməyib.