İsrail Hizbullah mövqelərini vurdu

İsrail Hizbullah mövqelərini vurdu
Dünya 12 Fevral 2024 18:45

İsrail aviasiyası Livanın cənubunda Hizbullahın mövqelərinə zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata əsasən, içərisində çoxlu sayda Hizbullah üzvünün olduğu avtomobil Marun ər-Ras kəndində vurulub. Həmçinin İsrail ordusu Hizbullahın Odaisse və Hiamdakı infrastrukturuna, Tayr Harfa və Marun ər-Rasdakı iki binaya və başqa bir hərbi obyektə də zərbələr endirildiyini bildirib.