Putin “vəhşi” Dvornikovu gətirdi – ABŞ-dan reaksiya

Putin “vəhşi” Dvornikovu gətirdi – ABŞ-dan reaksiya
Dünya 12 Aprel 2022 10:14

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı strateji uğursuzluğunu sadə bir komanda dəyişikliyi ilə aradan qaldırmaq mümkün deyil.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin spikeri Cen Psaki deyib.

O bildirib ki, Suriyada kimyəvi silahdan istifadə etməklə tanınan general Aleksandr Dvornikovun təyinatı heç nəyi dəyişməyəcək:

“Kadr və ya rəhbərlik dəyişikliyi Rusiya üçün strateji uğursuzluq faktını dəyişməyəcək. ABŞ Rusiya ordusunun Suriyadakı vəhşiliklərində Dvornikovun oynadığı rolu yaxşı bilir. İnanırıq ki, onlar Ukraynada da eyni şeyi etməyə çalışacaqlar”.