Niderlandın keçmiş baş naziri öz istəyi ilə öldü
Niderlandın sabiq baş naziri 93 yaşlı Dris Van Aqt və 70 illik həyat yoldaşı Yevgeniya Aqt evtanaziya (Ağır, sağalmaz xəstəliyə yoluxanların öz istəkləri ilə həyatına son qoyulması – red.) yolu ilə həyatlarına son qoyub.
Sitat.info xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat verib.
Qeyd edək ki, Niderland Xristian Demokrat Partiyasının ilk sədri olan Van Aqt 1977-1982-ci illərdə ölkənin baş naziri olub.