Sankt-Peterburqda terror aktının qarşısı alındı

Sankt-Peterburqda terror aktının qarşısı alındı
Dünya 10 Fevral 2024 16:50

Rusiyanın Sankt-Peterburq şəhərində metallurgiya zavodunun ərazisində güclü partlayıcı qurğu aşkar edilib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Qeyd olunur ki, Vsevolojsk Alüminium Zavodunun anbarlarından birinin yaxınlığında qarın atında əl ilə işə salınan 1,5 kq-dan çox partlayıcı tapılıb.

Bombanın aşkar olunduğu yer mühasirəyə alınıb və insanlar təxliyə edilib.

Partlayıcı qurğunu kimin yerləşdirdiyi isə hələlik bəlli deyil.