Suriyada SEPAH-ın 4 komandiri öldürüldü

Suriyada SEPAH-ın 4 komandiri öldürüldü
Dünya 10 Fevral 2024 14:34

Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətində SEPAH-ın 4 yüksək rütbəli komandiri zəhərlənərək öldürülüb.

Sitat.info xəbər veir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Məqsədli şəkildə zəhərləndirilərək öldürülən komandirlərdən ikisinin kimliyi müəyyən edilib. Bunlar Hacı Müqtəda və Mürtəza Mövləvidir.

Fevralın 8-də baş verən hadisədə daha bir neçə SEPAH üzvünün zəhərləndiyi və xəstəxanalara yerləşdirildiyi bildirilir.