Baş Prokurorluqdan Xocavənddəki partlayışla bağlı açıqlama

Baş Prokurorluqdan Xocavənddəki partlayışla bağlı açıqlama
Gündəm 10 Fevral 2024 12:46

Xocavənddə partlayışla bağlı araşdırma aparılır.

Sitat.info xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, bu gün saat 10 radələrində Xocavənd rayonunun Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.