BMT:Rafahdakı mülki şəxslərin vəziyyətindən ciddi narahatıq

BMT:Rafahdakı mülki şəxslərin vəziyyətindən ciddi narahatıq
Dünya 09 Fevral 2024 23:57

Birləşmiş Millətlər Təşkilatı, İsrailin Qəzzanın Rəfah şəhərinə hücum hazırlığı ilə bağlı deyib: "Rəfahdakı mülki əhalinin vəziyyətindən ciddi şəkildə narahatıq".

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Dujarrik BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisindən (OCHA) aldığı məlumata istinad edərək bildirib ki, Rəfahda "izdiham" yaranıb və yollar təmiz və düz ərazilər axtaran ailələrin çadırları ilə dolub.

Kənan

Sitat.info