Qəzzada ölənlərin sayı 28 minə çatdı: Bölgədə insanlıq fəlakəti yaşanır...
İsrailin Qəzza zolağına 126 gündür davam edən hücumlarında ölənlərin sayı ən az 27 min 947, yaralıların sayı isə 67 min 459-a yüksəlib.
İsrailin məhdudiyyətləri və hücumları səbəbindən humanitar böhranın təhlükəli həddə çatdığı bölgədə, bombardmanlar nəticəsində insan itkiləri günü-gündən artır.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi hücumlarda 107 nəfərin həyatını itirdiyi, 142 fələstinlinin isə yaralandığı açıqlanıb. Açıqlamada, hücumların başladığı 7 oktyabrdan bu yana ölənlərin sayının 27 min 947, yaralıların sayının isə 67 min 459-a yüksəldiyi bildirilib.
Səid,
Sitat.info