Ukraynanın 42 hərbi obyekti vuruldu - Rusiya MN

Ukraynanın 42 hərbi obyekti vuruldu - Rusiya MN
Dünya 11 Aprel 2022 21:44

Rusiya döyüş təyyarələri gün ərzində Ukraynada 42 hərbi obyekti məhv edib.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

“Ukraynanın üç komanda məntəqəsi, işıqlandırma və istiqamətləndirmə üçün iki radiolokasiya stansiyası, yanacaq anbarı, həmçinin 35 istehkam və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər vurulub”, - Konaşenkov bildirib.